BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL cərimələndi

“Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, QSC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddia hakim Babək Pənahovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: bir neçə gün əvvəl Hesablama Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisdə bildirib ki, AZAL-da yoxlamalara başlanılıb. V.Gülməmmədov deyib ki, bu qurumda dövlət vəsaitinin və əmlakının auditi aparılır. V.Gülməmmədov jurnalistlərə açıqlamasında deyib ki, AZAL-da yoxlamaların iyun ayında başa çatdırılması nəzərdə tutulub.

 

Kamal Məmmədov

Tarix: 24 Aprel 2022, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin