BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan komandası Bakıdakı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakı keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Pravda.az-ın məlumatına görə, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 32.850 xal toplayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan komandası ötən gün çoxnövçülükdə ikinci yeri tutub.

Tarix: 24 Aprel 2022, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin