BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Uşaqlar arasında “Detektiv” janrının təbliğatı yol verilməzdir, qadağan olunmalıdır”

“Sosial şəbəkədə Xırdalanda keçirilən “Oxu günü-8” sərgi-festivalda bir uşağın əlində “Dedektiv” kitabının fotosu diqqətimi çəkdi. Kitabın adındakı hərf səhvinin (“Detektiv” olmalıdır) üstündən keçirəm. Uşaqlar arasında “Detektiv” janrının təbliğatı yolverilməzdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

Deputat qeyd edib ki, bu, qadağan olunmalıdır: “Fentezi və fantastika janrında yazılan əsərlər təbliğ oluna bilər. Sərgidə diqqətimi bir məqam da çəkdi. Satışa kitab çıxaranlar kitabdan çox özlərinin təbliğatını aparırlar. Elə etmək lazımdır ki, kitab insanı təbliğ etsin. Hər halda kitab köməyimiz olsun...”

 

Nadir

Tarix: 24 Aprel 2022, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin