BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pravda.az”da “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı nümunə müzakirə edilib - FOTOLAR

Aprelin 25-də “Pravda.az” xəbər portalının redaksiyasında Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinə göndərdiyi “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı nümunə müzakirə edilib.

 

Müzakirə zamanı “Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli media sahəsindəki həyata keçirilən yeniliklərdən danışıb.

 

İ.Pirəli qeyd edib ki, atılan addımlar jurnalistlərin peşəkarlığının, nüfuzunun artırılmasına xidmət edir.

 

Baş redaktor vurğulayıb ki, MEDİA-nın təqdim etdiyi sənəd redaksiya heyətinin diqqətində olmalı və əməl edilməlidir: “Nəzərdə tutulan məsələlər indiyədək bu və ya digər formada diqqətimizdə olub və əməl edilməyə çalışılıb. “Təkzib və düzəliş”, “Müəllif hüquqları”, “Sosial mediada jurnalistin davranışı” bəndlərinə xüsusi diqqət yetirilməlidir. Bütün bunların fonunda “Peşə etikası” bəndi də nəzərdən qaçmamalıdır”.

 

İ.Pirəli digər media subyektinin materialından istifadə edərkən istinad edilməsinin vacibliyini də vurğulayıb: “Sosial mediadan götürülən hər hansı bir materialda da diqqətli olmaq lazımdır. Belə ki, sosial şəbəkələrdən götürülmüş audio, foto, video və digər materiallar saytda yayımlanarkən həmin materialda olan və onu açıq paylaşıma açmayan şəxslərin maraqları, onların şəxsi həyatına hörmət prinsipi nəzərə alınmalıdır. Bu prinsiplərə əməl etmək hər birimizin vəzifə borcudur. Qaydalara əməl etmək bizi həm də yarana biləcək çətinliklərdən xilas edir”.

 

Müzakirələr zamanı əməkdaşlar kriteriyalara bundan sonra da əməl edəcəklərini bir daha vurğulayıblar.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Leyla

Fotoları təqdim edirik
Tarix: 25 Aprel 2022, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin