BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara kömək etmək əzmindədir

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara kömək etmək əzmindədir.

 

Pravda.az xəbər verir ki, bunu “Ria Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Denis Qonçar bildirib.

 

O qeyd edib ki, Rusiya tərəfi İrəvan və Bakıya ümumi dil tapmağa, etimad və qarşılıqlı anlaşma mühiti yaratmağa hər cür kömək etmək əzmindədir.

 

Qonçar əlavə edib ki, Rusiya xüsusilə sərhədin delimitasiyası üzrə ikitərəfli komissiyaya məsləhətçi yardım göstərməyə, nəqliyyat infrastrukturunun tezliklə işə salınması üçün lazımi kartoqrafik materialları təqdim etməyə hazırdır.

 

Leyla

Tarix: 25 Aprel 2022, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin