BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyanın ən yaşlı qadını vəfat etdi

2019-cu ildə dünyanın ən yaşlı insanı kimi qeydə alınan yaponiyalı qadın Kane Tanaka 119 yaşında vəfat edib.

 

Pravda.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Kane Tanaka 1903-cü ildə Rus-Yapon müharibəsindən əvvəl anadan olub. O, iki dünya müharibəsindən sağ çıxıb və imperator Meydzidən başlayaraq onun nəslinin indiki davamçısı olan imperator Naruhitoya qədər beş imperatorun hakimiyyətini görüb.

 

Tanaka Yaponiyanın Fukuoka prefekturasında qocalar evində yaşayırdı və yanvar ayında 119 yaşını qeyd etmişdi. O, ən çox qazlı içkiləri və şokoladı sevirdi.

 

Leyla

Tarix: 25 Aprel 2022, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin