BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fransada islamafob dairələr məğlubiyyətə düçar oldu” - RƏY

“Emmanual Makronun ikinci turda da islamafob namizədlərə qalib gələrək Fransa prezidenti seçilməsi müsbət haldır. Bu, labüd idi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də qeyd etdiyi kimi, Makron Avropanı qane edən liderdir. Fikrimcə, Makron Avropa birliyinin xeyir-duası ilə yenidən prezident seçildisə, deməli, Avropa İttifaqının əsas siyasi xəttini davam etdirməyə məcburdur. Məlum məsələdir ki, Avropa İttifaqının məhz Azərbaycan və Ermənistan münasibətləri istiqamətində istəyi sülhün bərqərar olmasıdır. Həmçinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ləğv edilsə də, ABŞ və Rusiyanın xüsusi nümayəndələri var. Düşünürəm ki, Fransa da bu məsələlərlə bağlı özünün xüsusi nümayəndəsini təyin edəcək”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, Fransanın Azərbaycana qarşı milliyyətçi istiqamətdə hansısa addımlar atacağı inandırıcı görünmür: “Hesab etmirəm ki, Fransa bundan sonra da Azərbaycan əleyhinə ciddi addımlar atacaq. Lakin eyni zamanda, Fransa və Ermənistan arasındakı sıx münasibətləri də unutmaq olmaz. Fransanın, həmçinin, Ukrayna ilə Rusiya arasında gedən savaşda da mövqeyi hər kəsə bəllidir. Sözsüz ki, Qərb Ukraynanı vasitə seçərək Rusiya ilə mübarizə aparır. Fransa yeni mərhələdə Türkiyə ilə münasibətlərinə də aydınlıq gətirməlidir. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə bağlı atılacaq addımlar Azərbaycandan da yan keçmir. İstənilən halda əsas odur ki, Fransada milliyyətçi və islamafob dairələr məğlubiyyətə düçar oldu. Bundan yararlanmaq və siyasi xətti düzgün müəyyən etmək lazımdır”.

 

Nəzrin Cavid

Tarix: 25 Aprel 2022, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin