BURADA REKLAMINIZ OLA
BİLƏR

Məlahət İbrahim qızı: “Xeyirxahlıq Zərifə xanım Əliyevanın həyat tərzi idi”

“Bir neçə gündən sonra - aprelin 28-də görkəmli oftalmoloq alim və tanınmış ictimaiətçi akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd ediləcək. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Onun oftalmalogiya elmində əldə etdiyi uğurlar bu gün də öz əhəmiyyətini itirməyib, ölkəmizdə gənc oftalmoloqlar, eləcə də Tibb Universitetində oftalmologiya ixtisası üzrə təhsil alan tələbələr onun zəngin təcrübəsini öyrənir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahim qızı deyib.

 

M.İbrahim qızı ki, bu nurlu şəxsiyyətin elmi irsinə həsr edilmiş beynəlxalq tədbirlər hər il keçirilir: “Zərifə xanım Əliyevanın özünün akademik fəaliyyəti boyu daim oftalmologiya elminin inkişafı naminə aktual mövzulara həsr edilmiş tədqiqatlar aparıb, bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıb. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, zəhmətsevərliyi və sənətinə vurğunluğu ilə oftalmalogiya elminin zirvəsini fəth edə bilib və bununla bağlı dövrünün ən ali mükafatı olan Averbax mükafatına layiq görülüb. Zərifə xanım Sovet dövründə dünyada sülhün təbliğində böyük rolu olan SSRİ Sülh Komitəsində rəhbər vəzifələrində təmsil olunurdu. Zərifə xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedalı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah, mehriban insan olub. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzi idi”.

 

Deputatın sözlərinə görə, akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib şəxs kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir: “Zərifə xanım oftomologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan xanım-xatın ziyalı, şəfalı əlləriylə gözlərə işıq bəxş edən mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi. O, həmçinin, Azərbaycan xalqına layiqli övladlar yetişdirən gözəl anadır. Onun işıqlı xatirəsi və xalqımız üçün buraxdığı elmi irsi bundan sonra gələn nəsillər tərəfindən minnətdarlıqla yad edilməklə, tükənməz xəzinə kimi istifadə ediləcəkdir”.

 

Nəzrin Cavid

Tarix: 25 Aprel 2022, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin