BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat uşaqlar arasında “Detektiv” janrının təbliğatının qadağan olunmasını təklif etdi, Elxan Elatlı cavab verdi

“Bütün detektivlərdə ən sonda xeyir şərə qalib gəlir. Hətta belə bir fikir formalaşır ki, heç bir cinayət cəzasız qalmır. Müəyyən cinayət hadisələrini onsuz da uşaqlar sosial şəbəkələrdən, televizya kanallarından görürlər, eşidirlər. Bu onlara pis təsir edə bilər, amma detektivdə cinayətkar mütləq cəzasını alır. Bu baxımdan da bu uşaqların beyninə həkk oluna bilər ki, heç bir cinayət cəzasız qalmır və sonda onun üstü mütləq açılır”.

 

Bu fikirləri Pravda.aza deputat Etibar Əliyevin uşaqlar arasında detektiv janrının təbliğatının yolverilməzliyi haqqında fikrini şərh edərkən yazıçı Elxan Elatlı bildirib.

 

O qeyd edib ki, bu fikri dəstəkləmir: “Sovet dönəmində fikir vermisizsə, elə uşaq ədəbiyyatı içərisində Şerlok Holmsun hekayələrini məsləhət görərdilər oxumağa. Əksinə bu kitablar uşaqlarda təxəyyülü, məntiqi düşünməni inkişaf etdirir. Şəxsən özüm bu halı uşaqlar arasında müşahidə etmişəm. Detektiv janrını uşaqlara qadağan etmək düzgün deyil. Burda uşağa pis təsir edəcək heç bir şey görmürəm”.

 

Leyla Yusubova

Tarix: 25 Aprel 2022, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin