BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Dəmir Yolları" Türkiyənin şirkətini məhkəməyə verdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan nümayəndəliyini məhkəməyə verib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.


İddia hakim Ülkər Həsənovanın icraatına verilib.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim Şirkəti” Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı şirkətdir.


Bundan başqa, şirkət Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulmasının layihələndirmə və tikinti-quraşdırma işlərini həyata keçirir.

 

Kamal Məmmədov 

Tarix: 25 Aprel 2022, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin