BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya XİN: Ukrayna ilə danışıqlara hazırlıq getmir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüşə hələki hazırlıq getmir, lakin görüşün həyata keçirilməsi də istisna edilmir.


Pravda.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyindən məlumat verilib.


Məlumatda qeyd edilir ki, İstanbulda nazirlərin görüşünə hazırlıq hələki aparılmır, ancaq tutarlı razılaşmalar əldə olunarsa, üzbəüz görüş mümkün olacaq.


Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna və Rusiyanın müharibəyə son qoymaq üçün birgə bəyannamə üzərində işlədiyini bildirmişdi.


Qeyd edək ki, rəsmi Ankara danışıqlarda vasitəçi mövqe tutur və o, Kiyevlə Moskva arasında bütün səviyyələrdə danışıqları qəbul etməyə hazır olduğunu bəyan edib.


Leyla 

Tarix: 25 Aprel 2022, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin