BURADA REKLAMINIZ OLA
BİLƏR

“Regionda sabitliyin qarantı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır” - RƏY

“Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh təklifinin Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilməsi və Avropa İttifaqı tərəfindən dəstəklənməsi Ermənistandakı bir sıra qüvvələri təşvişə salıb. Revanşist qüvvələr və onların dəstəkçiləri hər vəchlə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını əngəlləməyə çalışırlar. Həmin qüvvələr Paşinyanın Moskva səfərindən əvvəl də bir sıra təxribatlar törətsələr də, Moskvadakı görüşdən sonra belə qüvvələr daha da fəallaşıblar. Bir qrup diversantın Azərbaycan-Ermənistan sərhədini keçməyə cəhd etməsi, onların Azərbaycan sərhədçiləri tərəfindən tutulması, bir diversantın saxlanılması bunun bariz nümunəsidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bəzi qruplaşmalar bu və ya digər formada təxribatlar törədərək sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışırlar: “Təbii ki, yeni yaranmış siyasi mənzərədə Azərbaycanın diktəsi ilə baş verən dəyişikliklər revanşist qüvvələrə sərf etmir. Belə ki, onların illər boyu qidalandıqları mövcud sahə əllərindən çıxmaq üzrədir. Nəzərə almaq lazımdır ki, Ermənistanın hərbi siyasi rəhbərliyində də müəyyən qrup yeni reallığı anlayır. Onlar başa düşürlər ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmadan Cənubi Qafqazda sabitliyə nail olmaq mümkün deyil. Bu sabitliyin qarantı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Fikrimcə, belə olan halda, ermənilərin istənilən növ təxribatı elə ən çox Ermənistanın özünə ziyandır. Blokadada qalmış, iqtisadiyyatı bərbad halda olan Ermənistanın yeganə nicat yolu Azərbaycanın təqdim etdiyi prinsipləri qəbul edərək Qafqazdakı inkişafa inteqrasiya olunmaqdır. Yalnız belə olan halda, Ermənistan yeni yaranmış geosiyasi və geoiqtisadi dividentlərdən yararlana bilər. Təbii ki, Ermənistanın təxribatları qınanılmalıdır. Ermənistan unutmamalıdır ki, Azərbaycan xalqı öz lideri ətrafında “dəmir yumruq” halında birləşib. Ona görə də Ermənistanın bölgədə sabitliyi pozan cəhdləri onlara baha başa gələ bilər”.

 

Nəzrin Cavid

Tarix: 25 Aprel 2022, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin