BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-ın müdafiə naziri: “Rusiyanın o dərəcədə zəiflədiyini görmək istəyirik ki…”

Moskvanın Ukraynada etdiklərini başqa yerdə təkrar etməməsi üçün ABŞ Rusiyanın zəifləməsini istəyir.

 

Pravda.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Polşada keçirdiyi mətbuat konfransında bildirib.

 

“Biz Rusiyanın o dərəcədə zəiflədiyini görmək istəyirik ki, o, bir də indi etdiklərini təkrarlaya bilməsin... (Ukraynada etdikləri – red.)”, - deyə Ostin vurğulayıb.

 

Qeyd edək ki, Lloyd Ostin Polşadan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinkenlə birgə Kiyevdə səfərdə idi.

 

Leyla

Tarix: 25 Aprel 2022, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin