BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yekə-yekə danışmaqla iş olmur” - BNA tənqid edildi

“Yekə-yekə danışmaqla iş olmur. Neçə ildir ki, Ziya Bünyadov prospektində, demək olar ki, hər gün qəzalar baş verir. Hamısının da səbəbi aydındır: sürət həddinin düzgün müəyyən edilməməsi, hərəkətin təşkilindəki qüsurlar və sürücülərin bu vəziyyəti düzgün hesablamaması hadisələrə səbəb olur. Həmin prospektdə hadisə oldusa, deməli, 3 saat tıxac qaçılmazdır. Bəs görəsən, DYP və BNA nə zaman bu prospektdəki qəzaların qarşısını almaq üçün tutarlı bir layihə işləyib sürücüləri bu zillətdən xilas edəcək?!”

 

Pravda.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

 

Ekspert qeyd edib ki, BNA nə vaxta qədər "Ziya Bünyadov prospektində qəza baş verib, tıxac yaranıb" kimi mənasız xəbərlər yaymaqla kifayərlənəcək: “Nə vaxta qədər DYP qəzadan sonrakı prosesləri araşdıracaq? Vacib olan qəza baş verənə qədərki prosesdir. Qəzadan sonra nə etmək lazım olduğunu Samiraldo da bilir...”

 

Tarix: 25 Aprel 2022, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin