BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qərbin əsas vəzifəsi Rusiya cəmiyyətini parçalamaq və Rusiyanı məhv etməkdir, lakin bu, onlarda alınmır" - Putin

“Qərbin əsas vəzifəsi Rusiya cəmiyyətini parçalamaq və Rusiyanı məhv etməkdir, lakin bu, onlarda alınmır.”

 

Pravada.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Bizi təəccübləndirən odur ki, Avropa və ABŞ-dakı yüksək rütbəli diplomatlar onlardan asılı olan digər dövlətləri də Ukraynanın döyüş meydanında qalib gəlməsi üçün bütün imkanlarından istifadə etməyə çağırırlar. ABŞ və Avropadakı tərəfdaşlarımız arasında belə qəribə bir diplomatiya formalaşıb. Bununla bağlı onlar hətta beynəlxalq çağırışlar da edirlər. Ancaq onlar bunun qeyri-mümkün olduğunu anladıqdan sonra başqa bir vəzifə də ön plana çıxır - Rusiya cəmiyyətini parçalamaq, ölkəni daxildən məhv etmək. Lakin burada da onlar dalana dirənirlər, çünki cəmiyyətimiz həmrəylik nümayiş etdirir, silahlı qüvvələrimizi dəstəkləyir” - deyə Putin bildirib.

 

Leyla

Tarix: 25 Aprel 2022, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin