BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Onlar Ermənistanın inkişaf yolunu kəsirlər”

“Azərbaycan torpaqlarının 30 il ərzində işğalda qaldığı dövrdə şahidi olduq ki, Ermənistan tərəfi sülh şəraitinin yaradılması ilə bağlı hansısa real addımlar atmır. Ermənistanın istənilən zaman hərbi avantürasının işə düşdüyünün və təxribatçı hərəkətlərə yol verdiyinin şahidi olmuşuq. Təəssüflə qeyd etmək lazımdır ki, bu, postmüharibə dövrü üçün də xarakterikdir. Azərbaycan və Ermənistan arasında müəyyən razılaşmaların əldə olunduğu vəziyyətdə İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması onu deməyə əsas verir ki, Ermənistanda regionda uzunmüddətli sülh şəraitinin bərqərar edilməsinin əleyhdarı olanlar çoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat qeyd edib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı səsləndirilən anonslar belə, təxribatçı qrupların hərəkətə keçməsinə kifayət edir: “Hazırda sülh müqaviləsinin imzalanması üçün işçi qrup yaradılır, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı birgə komissiyanın əsası qoyulur. Belə reallıqda üstəlik, Azərbaycan və Türkiyə dövlət bayraqlarının yandırılması kimi ağlasığmaz hadisənin şahidi oluruq. Unutmaq olmaz ki, Ermənistan və Türkiyə arasında da uğurlu danışıq gedib və əlaqələrin bərpası haqqında nikbin proqnozlar verilib. Hesab edirəm ki, AzərbaycanlaTürkiyə əleyhinə çıxış edib xaos yaradan həmin adamlar Ermənistanın gələcəyini düşünə bilmirlər. Belə qüvvələri milli xəyanətkar adlandıra bilərlər, çünki onlar Ermənistanın inkişaf yolunu kəsirlər. Hesab edirəm ki, bu, məhz zaman məsələsidir. Biz yaxın gələcəkdə sülh prosesinin ona mane olmaq istəyən qüvvələrin yaratdığı prosesi üstələyəcəyinin şahidi olacağıq”

 

Nəzrin Cavid

Tarix: 25 Aprel 2022, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin