BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə təyyarə qəzaya uğradı, ölənlər var

Türkiyənin Bursa şəhərində yerləşən Yunuseli hava limanı yaxınlığında tək mühərrikli təyyarə qəzaya uğrayaraq yanmağa başlayıb.

 

Pravda.az “NTV”yə istinadən xəbər verir ki, şəhərin Osmanqazi rayonunda baş verən qəzada təyyarə yaşayış evlərinə çırpılıb. Təyyarənin düşdüyü yerdə yanğın baş verib. Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın tez bir zamanda söndürülüb.

 

Bursa valisi Yakup Canbolat bildirb ki, hadisə nəticəsində təyyarədə olan pilot və digər şəxs həlak olub.

 

Qəzanın texniki səbəblərdən baş verdiyi ehtimal edilir.

 

Leyla

Tarix: 25 Aprel 2022, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin