BURADA REKLAMINIZ OLA
BİLƏR

Dinşünas alim: “Kifayət qədər insanın sperma bankı vasitəsilə uşaq əldə etmək imkanı olub”

“Azərbaycanda xeyli vaxtdır ki, sperma bankı var. Yəni hazırda cəmiyyətdə bu şəkildə uşaq əldə etmək məsələləri yalnız müzakirə edilmir, bu hətta icra da edilir”.

 

Bu fikirləri Pravda.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev bildirib.

 

Rafiq Əliyev vurğulayıb ki, indi bu şəklidə övlad sahibi olmaq istəyənlər yalnız qadınlar deyil, ailə qumaq istəməyən kişilər də buna üz tutur.

 

O əlavə edib ki, ölkədə kişilər arasında sonsuzluq probleminin də xeyli yayılması bu üsuldan istifadəyə təkan verən amillərdəndir və bu səbəbdən də məsələyə yalnız qadınlar deyil, ailələr də üz tutur: “Bu, cəmiyyətin tələbidir və ödənilir. Düzdür, qeyd etməliyəm ki, tibbi baxımdan çox çətin prosesdir. Hətta istədiyin spermanı kimdənsə alsan belə, sən yenə də dəqiq bilmirsən ki, bu uşaq ondandır, ya ondan deyil. Hətta soruşmuşam bu məsələ ilə bağlı, deyirlər ki, orda bir neçə insanın sperması olur və bəziləri tutur, bəziləri tutmur. Bu həkimlərin təcrübəsindən və spermanın keyfiyyətindən asılı bir haldır. Azərbaycanda bu məsələ istər-istəməz var və bu, ortadadır. Kifayət qədər insan tanıyıram ki, onların bu cür uşaq əldə etmək imkanı olub. Bu EKO ilə edilən bir prosedurdur və Azərbaycanda da belə mütəxəssislər var. Bu, eyni zamanda bugünün çağırışıdır, insanlara verdiyi imkandır. Yəni imkansızlıqdan gələn imkandır, çünki normal şəraitdə övlad dünyaya gətirə bilən ana heç vaxt EKO-ya üz tutmaz. Buna görə də məsələ cəmiyyətdə böyük problem olaraq görünsə də, biz onu problem hesab etməli deyilik. Əgər bu problem həll olunursa, deməli, insanların belə övlad sahibi olmağa ehtiyacları var. Ərə ehtiyac yoxdur, yalnız uşağa ehtiyac var. Qadın üçün uşaq ən böyük nemətdir. Mənə elə gəlir ki, bu müzakirələr cəmiyyətdə getsə də, getməsə də sonu bunun qanuni icazəsinə gətirib çıxaracaq. Dinlərin bu məsələyə münasibətinə gəldikdə təbii ki, mənfidir. Dində belə işlər normal hesab olunmur, xüsusilə katoliklər, yəni xristian dinlərində, elə islamın özündə də bu normal hal kimi qiymətləndirilmir.”

 

Leyla Yusubova

Tarix: 25 Aprel 2022, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin