BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank məşhur apteklər şəbəkəsini cərimələdi

"Zeytun Pharmaceuticals" MMC-yə daha bir cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Nəriman Mehdiyevin icraatına verilib.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 26 Aprel 2022, 07:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin