BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda polis idarəsi şirkətə cərimə yazdı

“Az-Maş” ASC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, qurum barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 334.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Elçin Ağayevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Kamal Məmmədov

Tarix: 26 Aprel 2022, 07:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin