BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: “AXCP və Milli Şura daxilində belə məsələlərin olduğunu əvvəlcədən bilirdik”

“Tofiq Yaqublunun səs yazısını dinləmişəm. Açığı, AXCP və Milli Şura daxilində belə məsələlərin olduğunu əvvəlcədən bilirdik. Onsuz da səmimi və faydalı maraqlar üzərində qurulmayan birliklərin sonu belə olur. Ona görə də bu məsələ bizim üçün maraqlı deyil. Hesab etmirəm ki, cəmiyyət üçün də xüsusi maraq kəsb etsin”.

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Partiya sədrinin sözlərinə görə, bu mövzunun cəmiyyət arasında da ciddi ajiotaj yaratmaması onu deməyə əsas verir ki, həmin qurumlar cəmiyyət artıq maraq doğurmur: “Hər-halda hadisədir də, baş verib. Bizim üçün həmin səs yazısının heç bir əhəmiyyəti yoxdur. Nəsə baş verirsə, daxili işləridir”.

 

Qeyd: Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun sosial şəbəkədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqqında səsyazısı yayılıb. T.Yaqublu səsyazısında bildirib ki, Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsi qərarını hazırlamış adamdır.

 

Nəzrin Cavid

Tarix: 26 Aprel 2022, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin