BURADA REKLAMINIZ OLA
BİLƏR

Energetik içkilər içməyin, ölüm riskini artırır – Həkimdən AÇIQLAMA

Son zamanlar insanlar arasında müxtəlif energetik içiklərin istifadəsi halları artıb. Bu içkilərin insan orqanizmində yaratdığı fəsadlarla və aludəçiliklə bağlı Pravda.aza 19 saylı şəhər poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova açıqlama verib.

 

O bildirib ki, energetik içkilərin əsas ziyanlı təsiri müxtəlif ürək xəstəliklərinə yol açması və inkişafına səbəb olmasıdır: “Belə içkilər daha çox ürək ritmində pozulmalar yaradır. Yəni  insanda qan təzyiqi yaranır, damarlarda sıxılma baş verir. Bu içkilərin təsirindən ürəkdə baş verən ritm pozulması hesabına, hətta ölüm halları qeydə alına bilir. Bu cür içkilərin tərkibində olan kofein daha çox qatılaşdırlmış formada olduğundan, onun yüksək dozası hesabına ürək ritmi daha sürətli olur və ölüm halları da məhz bu səbəbdən baş verir. Tərkibdə kofeinlə yanaşı, taurin də olur və bu maddələr eyni zamanda insanda içkilərdən asılılığın yaranmasına da gətirib çıxarır.  Energetik içkilər eyni zamanda qadın və kişi cinsi orqanlarına da təsirini göstərir və sonsuzluq hallarının yaranmasına gətirib çıxara bilir. Ümumiyyətlə, bu içkilərdən istifadə halları yalnız böyüklər deyil, uşaqlarda arasında da rast gəlinir və buna görə də valideynlərə tövsiyə edilir ki, uşaqları erkən yaşlardan təlimatlandırsınlar, onlar belə içkilərdən uzaq olsunlar”.

 

Leyla

Fotoları təqdim edirik
Tarix: 26 Aprel 2022, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin