BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xaliq Faiqoğlu”nun rəhbəri öz şirkətini məhkəməyə verdi - FOTO

“Xaliq Faiqoğlu” MMC-nin idarə heyətinin sədri Faiq Seyidov öz şirkətini (həmin MMC-ni) məhkəməyə verib.


Pravada.az-ın əldə etdiyi məlumata görə, bu barədə F.Seyidov bu barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.


Belə ki, şirkət rəhbəri borc müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Borcun məbləği açıqlanmayıb.


İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.


Xatırlatma: “Xaliq Faiqoğlu” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində F.Seyidova məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 20 manat, dövlət qeydiyyatına alındığı tarix isə 11.09.2006-cı ildir.

 

Kamal Məmmədov 

Fotoları təqdim edirik
Tarix: 26 Aprel 2022, 15:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin