BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Ərdoğanla razılığa gəldi

Rusiya prezidenti Vladimir Putin və  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə gəmilərinin Rusiyanın təşkil etdiyi dəhliz üzrə limanlardan Qara dənizə çıxışı ilə bağlı koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

 

Pravda.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda, həmçinin qeyd edilir ki, Putin Ərdoğanla söhbətində Mariupolda hərbi əməliyyatların getmədiyini bildirib.

 

O əlavə edib ki, Kiyev hakimiyyəti humanist davranış nümayiş etdirərək Azovstalda ukraynalı hərbçilərə silahı yerə qoyma əmrini verməlidir.

 

Kreml rəhbəri vurğulayıb ki, hərbi əsirlərə həyat və tibbi xidmət zəmanəti verilir.

 

Leyla

Tarix: 26 Aprel 2022, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin