BURADA REKLAMINIZ OLA
BİLƏR

İlkin Həsəni: "Qayda pozan, kobudluq edən kuryerlər necə olsun"

"Molosikletçini yumruqlayan qalstuklu əmini qoyaq bir kənara, adam tərbiyyəsizlik etdi, layiq olmadığı da cəzasını aldı (25 sutka). Yəni, maşınla adamın ayağının üstündən keç, düş yumruqla, fiziki xəsarət yetir, ictimai yerdə varına-yoxuna söy, nəticədə də 25 sutka? Hüquqşünaslar aydınlıq gətirər bu məsələyə. Bunu qoyaq bir kənara. Bəs qayda pozan və bir siqnalla sürücüyə qarşı kobudluq edən kuryerlər necə olsun? Onlara necə haqq qazandıraq?"


Pravda.az-ın xəbərinə görə, bunu aparıcı İlkin Həsəni bildirib.


"Qırmızıda keçən, piyada səkisi ilə sürən, dəbilqəsiz kuryerlərin qəzaları günü-gündən artır. Hansısa ciddi qanun qəbul olunmasa Hindistan və Pakistan küçələrinə şükür edəcəyik" - İ.Həsəni qeyd edib.


Nadir

Tarix: 26 Aprel 2022, 19:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin