BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şərqmotors” şirkətinə cərimə tətbiq edildi

“Şərqmotors” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravada.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Rauf Əhmədovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası mayın 10-na təyin edilib.

 

Qeyd: “Şərqmotors” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Quliyev Muşviq Səlim oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 200 manat, dövlət qeydiyyatına alındığı tarix isə 28.06.1999-cı ildir.

 

Kamal Məmmədov

Tarix: 26 Aprel 2022, 20:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin