BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Əmək Müfəttişliyi Xidməti “Evro İnşaat” şirkətini cərimələdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Evro İnşaat” MMC-yə cərimə protokolu yazıb.

 

Pravada.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində nazirlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Şövkət Nəcəfovanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası mayın 10-na təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 27 Aprel 2022, 07:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin