BURADA REKLAMINIZ OLA
BİLƏR

"EuroHome" cərimələndi

"EuroHome" MMC-yə cərimə protokolu yazılıb.

 

Pravada.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Elçin Ağayevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası mayın 10-na təyin edilib.

 

Qeyd: 2019-cu il dekabrın 10-da "EuroHome" ticarət mərkəzində yanğın hadisəsi baş verib. Nəticədə 128 nəfərə məxsus əmlak yanıb. Faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanılıb, bir neçə şəxs həbs edilib.

 

Kamal Məmmədov

Tarix: 27 Aprel 2022, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin