BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kreml BMT-nin xahişlərini rədd etdi"

“BMT baş katibi Antonio Quterreşin Moskvada Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşü nəticəsiz qaldı. BMT baş katibinin Kremldən iki xahişi var idi: Rusiya Ukraynada işğalçı müharibəni dayandırsın və Mariupoldan mülki insanların çıxarılmasına şərait yaradılsın. Kreml Antonio Quterreşin hər iki xahişini rədd etdi. BMT baş katibi Moskvadan əvvəl Ankarada Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşüb Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı fikir mübadiləsi aparmışdı. Bu faktın özü BMT-nin Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilliyinə verdiyi müsbət qiymətə dəlalət edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Kreml Ankaranın təşəbbüslərini qulaqardına vurmaqda davam edir. Misal üçün Türkiyə rəsmiləri həftələrdir Kremlə təklif edirlər ki, Türkiyənin mülki gəmiləri Mariupol sakinlərini liman üzərindən təhlükəsiz yerə daşısın. Cavab yoxdur” – E.Şahinoğlu qeyd edib.

 

Nadir

Tarix: 27 Aprel 2022, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin