BURADA REKLAMINIZ OLA
BİLƏR

Mayın 28-də əfv sərəncamının imzalanacağı gözlənilir – Neçə nəfər əfv edilə bilər?

“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aprelin 26-da keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb. Müraciətlər gəlməkdə davam edir. Həmin müraciətlərə baxılması üçün iclaslar keçiriləcək və kimlərin azad olunacağı ilə bağlı Prezident İlham Əliyev qərar vərəcək. Sözsüz ki, komissiyanın işi Prezidentin əfv məsələlərini həyata keçirmək üçün təşkilati və texniki dəstək verməkdir. Bu və ya digər şəxsin bağışlanması ilə bağlı qərarı yalnız Prezident verir. Komissiya yalnız tövsiyə xarakterli rəy alaraq Prezident İlham Əliyevə təqdim edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev bildirib ki, növbəti əfv sərəncamının 28 May - Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində imzalanacağı ehtimal edilir: "İclasların daha müntəzəm təşkili nəzərdə tutulub. Növbəti iclas isə aprelin 29-na təyin edilib”.

 

Qeyd: Azərbaycanda sonuncu dəfə 2021-ci ilin martın 18-də imzalanmış əfv sərəncamına əsasən, azadlıqdan mərhum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi isə yarıyadək azaldılıb.

 

Nəzrin Cavid

Tarix: 27 Aprel 2022, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin