BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Əlillər narazılıq etməzsə, vətəndaşların şikayəti olmazsa, deputat bunu niyə dilə gətirsin ki?!”

“Əlilliyə görə pensiyası kəsilmiş vətəndaş müraciətləri çox gəlir. Onlar arasında həm haqlı, həm də haqsız olanlar var. Sözsüz ki, haqlı şikayətlər daha çoxdur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə bir qədər ciddi yanaşmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

Deputat, həmçinin, həmkarı Fəzail Ağamalı ilə nazirlik arasında yaranan gərginliyə də münasibət bildirib.

 

O qeyd edib ki, deputat məsuliyyətsiz söz deməz: “Ümumiyyətlə, hansısa millət vəkilinə məsuliyyətsiz demək mətbuat xidmətinin rəhbərinə yaraşmır. Əlillər narazılıq etməzsə, vətəndaşların şikayəti olmazsa, deputat niyə bunu dilə gətirsin ki?! Yəni, deputat məsuliyyətsiz çıxış etmir”.

 

Qeyd: Millət vəkili Fəzail Ağamalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiyası kəsilən vətəndaşlar barədə parlamentdə məsələ qaldırıb. Həmin nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə cavab olaraq bildirib ki, bir deputatın populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur.

 

Nəzrin Cavid

Tarix: 27 Aprel 2022, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin