BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərsun Yanal istefa verdi

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal komandadan ayrılır.

Pravda.az-ın xəbərinə görə, Türkiyə kubokunda "Trabzonspor"la keçiriləcək oyundan sonra İstanbul təmsilçisi çalışdırıcı ilə vidalaşacaq.

Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, Yanalın istəyini nəzərə alan rəhbərlik qarşılıqlı razılıqla yolların ayrılmasına qərar verib. O, "Trabzonspor"a qarşı ölkə kubokunun yarımfinal mərhələsinin səfər görüşündə son dəfə komandanı meydana çıxaracaq.

Qeyd edək ki, "Fənərbaxça" ilə "Trabzonspor" arasında kubok görüşü martın 3-də keçiriləcək.Apasport.az

Tarix: 1 Mart 2020, 23:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin