BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda fəhlənin əlində partlayıcı qurğu partladı

Gəncədə 20 yaşlı gəncin əlində partlayıcı qurğu partlayıb.

Pravda.az-ın məlumatına görə, hadisə şəhərin "Tekstilni" adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə çalışan 2002-ci il təvəllüdlü M.Cəfərli binanın damında partlayıcı qurğu tapıb. Bu zaman partlayış olub. Nəticədə fəhlə xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal edilir.


Report 

Tarix: 27 Aprel 2022, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin