BURADA REKLAMINIZ OLA
BİLƏR

QMİ inflasiyanı nəzərə alıb, ötən il fitrə zəkatının 5-10 manat verilməsi məsləhət görmüşdü, bu il isə 10-15 manat

“Hökumətin rəsmi statistikasına görə, ölkədə rəsmi inflyasiya 12,2, ərzaq inflyasiyası isə 18 faizə yaxın olub. Bu il Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada isə bildirilib ki, Qazilar Şurasının qənaətinə görə, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının  adambaşına 10-15 manat verilməsi məsləhət görülür. Keçən il QMİ fitrə zəkatının məbləğını 5-10 manat məsləhət görmüşdü. Deməli, QMİ ölkədə qiymət artımının, təxminən, 50 faiz olduğunu ehtimal edir”.

 

Pravda.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli məlumat verib.

 

O qeyd edib ki, Şeyxin idarəsinin rəqəmləri Statistika Komitəsinin rəsmi rəqəmlərindən daha məntiqlidir: “Təklif edirəm ki, QMİ öz metadalogiyasını Statistika Komitəsi ilə də bölüşsün.  Statistika Komitəsinə isə çağırışım odur ki, Allahınız olsun, inflyasita rəqəmləri hesablayarkən insafı-imanı yada salın...”

 

Nəzrin Cavid

Tarix: 27 Aprel 2022, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin