BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank nizamnamə kapitalı 1 milyonluq holdinqi cərimələdi

“CTC Holdinq” ASC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: “CTC Holdinq” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Nağıyev Məhəmməd Nağı oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 1 000 000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 27.02.1999-cı ildir.

Tarix: 28 Aprel 2022, 07:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin