BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu tikinti şirkəti əmək qanunvericiliyini pozdu, cəzalandırıldı

"Kristal-F" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Abbas Rzayevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Rəşad Əliyevdir.

 

Kamal Məmmədov

Tarix: 28 Aprel 2022, 07:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin