BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sitrus Store” şirkətinə protokol tərtib edildi

“Sitrus Store” şirkətinə cərimə protokolu yazıldı

 

“Sitrus Store” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Vüsal Tağıyevin icraatına verilib

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: “Sitrus Store” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Nəcəfov Məzahir Hidayət oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 09.07.2014-cı ildir.

Tarix: 28 Aprel 2022, 07:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin