BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ağır yol qəzası

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

A.Şərifzadə küçəsində 1980-ci il təvəllüdlü Abdullayev Daşqın Allahyar oğlu “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına piyada çıxıb. Bu zaman sürücü idarəetməni itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb.

Hadisə zamanı D.Abdullayev ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Report

Tarix: 2 Mart 2020, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin