BURADA REKLAMINIZ OLA
BİLƏR

“OBA Market”in administrator məhkəmə qarşısında

Lənkəranda mənimsəmədə təqsirləndirilən Şahbuz Novruzovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim İslam Neymanovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

 Qeyd edək ki, “OBA Market”lər şəbəkəsinin “Lənkəran 3” filialında 2017-2018-ci illərdə administratoru işləmiş 1989-cu il təvəllüdlü Novruzov Şahbuz Nizami oğlu həmin müddətdə 51 min 845 manat 2 qəpik dəyərində malları mənimsəyib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanılıb.

Tarix: 28 Aprel 2022, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin