BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiyanın təcavüzü Ukrayna ilə yekunlaşmayacaq" - Zelenski

“Rusiyanın təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Bunu bütün sivil dünya dərk edir və ona görə də bizə işğalçılarla mübarizə aparmağa kömək edir”.

 

Pravda.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün teleqram kanalında yazıb.

 

“Azad dünyada demək olar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin yalnız başlanğıc olduğunu anlamayan adam qalmayıb. Rusiya rəhbərliyinin son məqsədi təkcə Ukrayna ərazisini ələ keçirmək deyil, Avropanın mərkəzini və şərqini parçalamaq və demokratiyaya qlobal zərbə vurmaqdır” - Zelenski qeyd edib.

 

Leyla

Tarix: 28 Aprel 2022, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin