BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP Dövlət Komitəsini məhkəməyə verdi

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə rayon təşkilatı Bakı İnzibati Məhkəməsinə müraciət edib.

 

Belə ki, rayon təşkilatı qeyri-yaşayış sahəsi üzrə mübahisələr barədə tələb irəli sürüb. 

 

İş hakim Fərid Mədətlinin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevdir.

 

Kamal Məmmədov

Tarix: 28 Aprel 2022, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin