BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: “Aşırı sevgi insanları intihara sürükləyə bilir”

“Ailədə uşaqlar arasında yaş fərqi hədsiz çox olduqda valideynlərin müəyyən bir yaş dönəmindən sonra dünyaya gətirilən uşaqlara qarşı rəftarı da başqa cür olur. Gec yaşlarında ata, ana olan insanlar uşağa qarşı daha yumşaq, uşağın bir çox yalnış hərəkətlərinə qarşı daha dözümlü, hədsiz qayğıkeş olurlar və ona “yox” deməyi bacarmırlar. Bu yaş psixologiyası ilə bağlı olan nüanslardır. Ona görə də yaxşı olar ki, ailədə uşaqlar arasında yaş fərqinin çox olmamasına diqqət edilsin. Çox vaxt hesab olunur ki, insanlar sevgisizlikdən intahar edir, amma bu kimi hallarda aşırı sevgi insanları intihara sürükləyə bilir. Bunu anlamadan, istəmədən övladlarımıza bu şəkildə zərər vermiş oluruq. Hər şey qədərində gözəldir elə sevgi də…”

 

Bunu Pravda.az-a ötən gün azyaşlının intiharı ilə bağlı məsələyə fikir bildirərkən klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova deyib.

 

“İntihar edən azyaşlıda telefon, planşet asılılığının olduğu bildirilir. Ümumiyyətlə, dünyada aparılan araşdırmalara görə telefondan olan asılılıq, narkotik, siqaret, qumardan sonra 4-cü yerdə dayanır. Əgər bir uşaq gündə 8-10 saatdan artıq telefonla və yaxud da televizora baxaraq vaxt keçirirsə, bu halda artıq kəskin asılılıq formalşmış olur. Uşaqlar telefonda, kompüterdə oyunlar oynadıqları, internetdən istifadə etdikləri zaman beyində dopamin ifrazı artır və bu zaman onlar özünü xoşbəxt, rahat, özgüvənli hiss edirlər. Real həyatda bu hissi dada bilməyə, qapalı, ünsiyyət çətinliyi çəkən, evində, ailəsində, məktəb həyatında problemlər yaşayan uşaqlar xüsusilə oyunlara, telefona bağı olurlar. Telefon və bu kimi asılı olduğu digər vasitələri istifadə etməyəndə, özlərini çarəsiz, bədbəxt, lazımsız hiss edirlər, bu səbəbdən də böyük bir boşluğa, depressiyaya düşürlər. Bu boşluq da təəssüf ki, onları intihara qədər sürükləyə bilir. Ona görə də uşaqlar telefonu əldə etmək üçün hər yola əl ata bilərlər. Bu baxımdan valideynlər çox diqqətli olmalıdırlar. İndi elə bir dövrdür ki, uşaqları inetrnetdən, telefondan tamamilə təcrid edə bilmərik. Bu düzgün həll yolu deyil. Sadəcə olaraq onların yaşlarına uyğun olaraq mobil cihazlardan istifadəni tənzimləmək və nəzarətdə saxlamaq lazımdır. Yaxşı olardı ki, valideyinlər övladları ilə oyunlardan, internetdən istifadə qaydaları, oradan gələ biləcək təhlükələr barəsində öncədən maarifləndirici söhbətlər aparsınlar. Bu məsələdə diqqət olunacaq əsas nüanslardan biri də odur ki, valideynlər övladlarına bu məhdudiyyətləri qoyarkən özlərinin də davranışlarına fikir verməlidirlər. Çünki uşaqlar onların sözlərindən çox hərəkətlərindən nümünə götürürlər. Əgər ana özü televizor, telefon aludəçisidirsə, ata evə gəldikdən sonra telefonu əlinə alıb oyun oynayırsa, gününün çox hissəsini telefonda keçiririsə, övladlardan bu qayda-qanuna riayət etməyi nə dərəcədə tələb etmək olar?! Valideynlər bu vəziyyətin öhdəsindən gəlməkdə çətinlik çəkdikləri zaman psixoloq dəstəyi almaqdan çəkinməməlidirlər” – N.Rüstəmova qeyd edib.

 

Leyla

Tarix: 28 Aprel 2022, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin