BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizamnamə kapitalı 7 milyon olan “Azenco” şirkəti məhkəməyə verildi

"Multimodal Global Logistics Limited" MMC “Azenco” MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, "Multimodal Global Logistics Limited" daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İş hakim Ülkər Həsənovanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: "Multimodal Global Logistics Limited" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Əliyev Vüqar Tofiqoviç oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 6 837 298 manat, dövlət qeydiyyatına alındığı tarix isə 19.04.2002-ci ildir.

 

Kamal Məmmədov

Tarix: 29 Aprel 2022, 07:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin