BURADA REKLAMINIZ OLA
BİLƏR

“Aztikintiservis” şirkətinə cərimə tətbiq edildi

“Aztikintiservis” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib

 

İş hakim Vaqif Həsənovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: “Aztikintiservis” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Papaqçıyev Paşa Yusif oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 100 manat, dövlət qeydiyyatına alındığı tarix isə 13.03.2019-cu ildir.

 

Kamal Məmmədov

Tarix: 28 Aprel 2022, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin