BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycnada pornoqrafik materialları yayan şəxsə cinayət işi açıldı

Azərbaycanda pornoqrafik materialları və ya əşyaları qanunsuz yayan şəxsə cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, rayon prokurorluğunda Səddam Əliyevin barəsində Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Artıq ibtidai istintaq başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Abbas Rzayevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı mayın 4-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 29 Aprel 2022, 07:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin