BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qadın sevgilisini bıçaqladı

Zaqatalada bir-neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub. 

 

Pravda.az-ın xəbərinə görə, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-i qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Marif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.APA

Tarix: 2 Mart 2020, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin