BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank “Qazax Sement Zavodu”nu cərimələdi

“Qazax Sement Zavodu” MMC-yə yenidən cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Vüsal Qurbanovun icraatına verilib.

 

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Xatırlatma: “Qazax Sement Zavodu”na daha əvvəl eyni xəta ilə cərimə protokolu yazılıb.

 

Qeyd: “Qazax Sement Zavodu” MMC respublikanın qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsidir. Şirkətin Qazax rayonunda sement istehsalı zavodu və Azərbaycanın müxtəlif regionlarında 8 beton zavodu və bir neçə qum çınqıl karxanası fəaliyyət göstərir. Zavodun sement istehsalı ildə 1.5 milyon ton, klinker istehsalı sutkada 3 500 ton təşkil edir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanıb, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilib.

Tarix: 29 Aprel 2022, 07:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin