BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Sumqayıtda baş verən yanğına sevinənlər ağılsızdırlar”

“Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğının qəsdən törədilməsinə, yaxud ehtiyatsızlıqdan baş verməsinə baxmayaraq müvafiq orqanların məsuliyyətsizliyinin nəticəsidir. Bu qədər böyük həcmdə və ərazidə tez alışan maddələrin toplandığı yerdə yanğından mühafizə qaydalarının pozulması cinayətdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

 

“Bu yanğına sevinənlər isə ən azından ağılsızdırlar. Birincisi, itirən ayrı-ayrı şəxslər yox, dövlətdir. İkincisi, o yanğından yaranmış tüstünü, zəhərli maddələri elə özümüz ciyərlərimizə çəkəcəyik. Baş vermiş faciə indiki dönəmdə bütün ölkə üçün çox ciddi xəbərdarlıq olmalıdır” – A.İsmayılov qeyd edib.

 

Nadir

Tarix: 28 Aprel 2022, 22:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin