BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP Ağstafa rayon təşkilatı bu dövlət qurumu ilə bağlı məhkəməyə müraciət etdi

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 15 sayli Tovuz ərazi İdarəsini məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə rayon təşkilatı Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, Ağstafa rayon təşkilatı yaşayış sahəsi üzrə - yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması barədə tələb irəli sürüb.

 

İddia hakim Emin Axundovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası iyunun 6-na təyin edilib.

 

Qeyd: YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyevdir.

 

Kamal Məmmədov

Tarix: 29 Aprel 2022, 20:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin