BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin kürəkəninin avtomobili müzakirələrə səbəb oldu – “Xalqı talayanlar həbsxanalarda yatmalıdırlar”

“Məni üzən hal Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilində poz verməsi oldu. Tanıyanlar bilirlər ki, heç vaxt, heç kimin var-dövlətinə həsəd aparmamışam. Ancaq Vətən Müharibəsində can qoyub torpaqlarımızı azad edən, bizə şərəf gətirən, bu gün müalicə pulu ala bilməyən oğullarımızın fonunda bu xalqın və ölkənin düşmənlərinin var-dövlət içində boğulmalarını, oğurladıqlarını gözümüzə soxmalarını heç cür qəbul edə bilmirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

 

“Biri milyonluq “Rolls Royce”də poz verir, o biri fərsiz oğluna 2 milyonluq saat alır,  digəri nəvəsinə milyonluq maşın yığdırır. Bu hamısı xalqa meydan oxumaqdır. Xalqı talayan belələri poz verməli yox, həbsxanalarda yatmalıdırlar!” – A.İsmayılov qeyd edib.

 

Nadir

Tarix: 29 Aprel 2022, 21:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin